Millət vəkili 2000 gəncə müraciət etdi

millet-vekili-2000-gence-muraciet-etdi
Oxunma sayı: 1185


“Qafqazinfo” xəbər verir ki, layihə çərçivəsində fevralın 26-da Eskişehir Valiliyinin təşkilatçılığıyla və İstanbul Sancaqtəpə bələdiyyəsinin dəstəyilə 2000 nəfərin iştirak etdiyi Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr edilən anım mərasimi keçirilib. Mərasim iştirakçıları öncə foyedə soyqırım qurbanlrının xatirəsinə həsr edilən foto-sərgi ilə tanış olublar və tədbirdə iştirak edən gənclərə üzərində Xocalıya Ədalət yazılmış maykalar, maarifləndirici broşurlar və Azərbaycan bayraqları hədiyyə edilib.

Sancaqtəpə Bələdiyyəsinin Başkanı İsmayıl Erdem Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün lazım olan dəstəyi verməyə hazır olduqlarını qeyd etdi."Xocalı Soyqırımını Tanıtma" ictimai birliyinin sədri, Şamil Sabiroğlu 22-il öncə Ermənistan Silahlı Qüvvələri və onların havadarları tərəfindən Xocalıda baş verən soyqırımdan danışıb.

Millət vəkili Qənirə xanım Paşayeva çıxışı zamanı 22 il əvvəl ermənilər tərəfindən törədilən və  insanlığa qarşı cinayət adlandırdığı, Xocalı faciəsini unutdurulmayacağını dilə gətirib. Bir sıra ölkələr tərəfindən Xocalı Soyqırımını tanıyan qətnamələrin qəbul edilməsinə baxmayaraq Xocalı Soyqırımını törədənlərin hələ də ədalət qarşısında cavab vermədiklərini deyən millət vəkili Qənirə Paşayeva Azərbaycanın ən böyük hədəfinin bu soyqırımı törədənlərin ədalət qarşısında hesab vermələri olduğunu qeyd edib. Onun sözlərinə görə, beynəlxalq təşkilatlar tərəfindən qəbul edilən qətnamələrin Ermənistan tərəfindən yerinə yetirilməyib, 1 milyon insan hələ də evinə dönə bilmir. “Bu soyqırımı törədənlər ədalət qarşısında hələ də cavab verməyiblər. Hamısı Ermənistandadırlar. O  səbəbdən biz Xocalı Soyqırımının daha çox tanıdılması, onu törədənlərin ədalət qarşısında cavab vermələri üçün çalışmalarımızı daha da sürətləndirməyi düşünürük. Dünyanın bəzi ölkələri bu soyqırımı tanıyıb. Pakistan, Meksika, Kolumbiyadan sonra, Çexiya Respublikası Parlamentinin bu soyqırımı qınaması ilə bağlı verdiyi açıqlama çox önəmlidir. Xocalı Soyqırımı insanlığa qarşı edilmiş bir cinayətdir.”