“Qafqazinfo” xəbər verir ki, YAP-çı millət vəkili fikirlərini sosial şəbəkədə paylaşıb. “Elnurun qələbəsi hamımızın qələbəsidir. Dünən tanınımış azərbaycan müənnisi, gənclərimizin kumiri Elnur Hüseynov Türkiyədə keçirilən “O səs Türkiyə”nin final gecəsində səhnəyə çıxdı. Ebru Gündeşin komandasında yarışan Elnur bu dəfə “O Sole Mio” opera əsərini səsləndirib. Həmyerlimizin rəqibi Kaya Aslantepe olub. Elnur tamaşaçı səsverməsi nəticəsində ən çox səs toplayaraq “O səs Türkiyə”nin qalibi adına laiq görülüb.
Afərin, Elnur. Gənc istedaımızın qələbəsi hamıızı ürəkdən sevindirdi, hamıya böyük bir ruh verdi. Bu Elnurun istedadının, musiqi duyumunun, səhnə mədəniyyətinin qələbəsi idi. Bu Azərbaycan mədəniyyətinin, Azərbaycan ruhunun qələbəsi idi. Bu Azərbaycan səsinin xaricdə də məmnuniyyətlə dinlənməsinin qələbəsi idi. Bu ən əsası Azərbaycan-Türkiyə birliyinin qələbəsi, azərbaycan-türk xalqlarının qardaşlığının, bir-birinə məhəbbətinin qələbəsi idi. Biz birilkdə güclüyük. Həmişə qələbələrdə!”.
Günel
Son xəbərlər
Son Xəbərlər