Millət vəkili ali məktəbə qəbul olan tələbələrlə görüşdü

millet-vekili-ali-mektebe-qebul-olan-telebelerle-gorusdu
Oxunma sayı: 651

“Qafqazinfo”nun məlumatına görə, görüşdə Tovuz rayon icra hakimiyyətinin başçısı Tofiq Zeynalov ölkəmizdə təhsilin inkişafı istiqamətində görülən işlərdən danışıb.

Milli Məclisin deputatı Qənirə Paşayeva Tovuzdan ali məktəblərə qəbul olmuş qızların sayının və göstəricilərinin ilbəil artdığını xüsusi vurğulayıb.

"Savadlı cəmiyyət savadlı qadından, savadlı anadan keçir", - deyən millət vəkili Qənirə Paşayeva Tovuzdan ali məktəblərə daxil olan qızların sayının oğlanların sayından geri qalmamasını çox önəmli bir məsələ olduğunu qeyd edərək, bundan sonra da rayonda qızların təhsilə və onların ali məktəblərə daxil olmalarına xüsusi önəm vermələrinin vacibliyini vurğulamışdı.
Ölkəyə yaxşı vətəndaş olmaq üçün biliklərə mükəmməl yiyələnməyin zəruriliyini vurğulayan Q.Paşayeva tələbə adını qazanmış gənclərə uğurlar arzulayıb.

Tədbirin sonunda 500-dən yuxarı bal toplayaraq ali məktəblərə qəbul olunan 84 gəncə Qənirə Paşayeva tərəfindən hədiyyələr təqdim edilib. Builki buraxılış imtahanlarında uğur qazanmış 7 məzuna da qızıl medallar təqdim olunub.