Millət vəkili Alman-Azərbaycan Mədəniyyət Cəmiyyətinin sədri ilə görüşüb

millet-vekili-alman-azerbaycan-medeniyyet-cemiyyetinin-sedri-ile-gorusub
Oxunma sayı: 866


“Qafqazinfo” xəbər verir ki, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinin diqqətinə daha geniş şəkildə çatdırılması üçün Azərbaycan diaspora təşkilatlarının üzərinə düşən vəzifələrə toxunan millət vəkili Qənirə Paşayeva bu işdə türk diaspora təşkilatları ilə birgə hərəkət etmələrinin vacibliyini qeyd edib. O, Almaniyada fəaliyyət göstərən insanlarımızın qurduğu diaspor təşkilatlarının bir-birlərinə sıx dəstək vermələrinin və Türk dünyasını narahat edən bütün problemlərin həlli üçün bərabər çalışmalarını xüsusi diqqətə çatdırıb. 

Təşkilatın bu günə qədər gördüyü işlər, Azərbaycan mədəniyyəti, tarixi, həqiqətlərinin yayılması istiqamətində həyata keçirdikləri layihələr barədə geniş məlumat verən  Alman-Azərbaycan Mədəniyyət Cəmiyyətinin sədri Təranə Tağıyeva Almaniyada fəaliyyət göstərən Azərbaycan diaposr təşkilatları və bütün Türk diaspor təşkilatları ilə sıx əməkdaşlıq etdiklərini,  Azərbaycan həqiqətlərinin yayılması və təbliği istiqamətində səylərini bundan sonra daha da artıracaqlarını bildirib. O, bəyan edib ki, təşkilat indiyə qədər olduğu kimi bundan sonra da daim Azərbaycan həqiqətlərinin daha geniş yayılması istiqamətində layihələr, tədbirlər həyata keçirəcək və bu istiqamətdə işləri daha da surətləndirəcəklər. Cəmiyyətin rəhbəri  bu istiqamətdə görülən işlər və həyata keçirməyi planlaşdırdıqları layihələr barədə millət vəkilinə məlumatlar verib.