Millət vəkili aparıcını həbs etdirdi - Video

millet-vekili-aparicini-hebs-etdirdi
Oxunma sayı: 5514

Türkiyənin “Akit TV” kanlında yayımlanan “Gün başlayır” proqramının aparıcısı Ahmet Keser verilişində işlətdiyi ifadələrə görə 1,3 il həbsə məhkum edilib.

“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, “xalqı kin və düşmənçiliyə təhrik etmək, bilərək təhqir etmək” ittihamı ilə günahlandırılan aparıcının cəzası vəkilinin  tələbinə baxmayaraq, təxirə salınmayıb.

Xatırladaq ki, Ahmet Keserin verilişi efirə getdikdən sonra CHP millət vəkili Ərən Ərdəm məhkəməyə müraciət edərək aparıcıdan şikayətçi olmuşdu.