Millət vəkili AŞPA-da sərt danışdı

millet-vekili-aspa-da-sert-danisdi-
Oxunma sayı: 980


“Qafqazinfo” xəbər verir ki, Avropada rasizmin, nifrət və tolerantsızlığın artması mövzusu ətrafında məruzəçi Gunnarsın hazırladığı qətnamə layihəsi ilə bağlı çıxışında millət vəkili bildirib ki, müzakirə etdiyimiz bu mövzu Avropanın və ümumiyyətlə dünyanın bu günü və gələcəyi üçün çox vacib və əhəmiyyətlidir: “Rasizmin, nifrət duyğularının, tolerentsızlığın artması bizi ciddi narahat etməli və onun qarşısının alınması istiqamətində üzv ölkələr və Assambleyamız daha çox işlər görməlidir. Mən özüm bu cür hallardan əziyyət çəkən bir ölkənin vətəndaşıyam. Rasizm və tolerantsızlığın nələrə səbəb olduğunun yaxın tariximizdə nələrə səbəb olduğunu dostlarımızın daha yaxşı anlaya bilməsi üçün qeyd etmək istərdim ki, məhz Ermənistan dövlətinin apardığı siyasət, bu ölkədə təhsil və kütləvi informasi vasitələri ilə siyasətçilərin gənc nəsillərdə Azərbaycanlılara qarşı yaratdıqları rasizm, nifrət və tolerantsızlığın nəticəsi idi ki, 1988-ci ildə Ermənistan dövləti etnik təmizləmə siyasəti apararaq 100 minlərlə azərbaycanlını Ermənistandan, öz ata-baba torpaqlarından zorla, əziyyət edilərək qovaraq qaçqın həyatı yaşamağa məhkum etdilər. 

Bundan sonra isə Ermənistan Azərbaycan torpaqlarının 20 faizini işğal edərək 20 mindən çox azərbaycanlını qətlə yetirdi, Xocalı şəhərində dinc azərbaycanlılara qarşı dəhşətli soyqırım həyata keçirdirlər. 1 milyona yaxın azərbaycanlı 20 ildən artıqdır ki, məcburi köçkün həyatı yaşayır və Ermənistan AŞPA-nin 1416 saylı qətnaməsinə baxmayaraq onların öz evlərinə dönməsinə imkan vermir. Məncə bu qədər böyük insan faciəsi əslində müzakirə etdiyimiz bu mövzunu daha da geniş mənada anlamağımıza kömək edə bilər".

Xocalı Soyqırımından danışan millət vəkili Qənirə Paşayeva AŞPA bu cür insan haqları pozuntusuna susmamalı olduğunu deyib. Millət vəkili Qənirə Paşayeva Assamleyada Azərbaycan və Azərbaycan prezidenti haqqında yalan məlumatlar verən və böhtan dolu çıxış edən Ermənistan nümayəndə heyəti üzvlərinə çıxışı zamanı sərt cavab verib. O deyib:” Ermənistan nümayəndə heyəti öz ölkəsində rəsmi İrəvandan i.ğal etdiyi Azərbaycan torpaqlarını işğaldan azad etməyi tələb edən 1416 saylı AŞPA qətnaməsinin yerinə yetirilməsinə çalışmaqdansa, Avropa Şurası millət vəkillərinə doğru olmayan məlumatlar verir, böhtan çıxışlar edirlər.