Millət vəkili “Bakı”nın maliyyə problemlərindən danışdı

millet-vekili-bakinin-maliyye-problemlerinden-danisdi
Oxunma sayı: 1181

Milli Məclisin ötən gün baş tutan plenar iclasında BAXCP-sədri, millət vəkili Qüdrət Həsənquliyev Azərbaycan futbolundakı maliyyə məsələləri bağlı çıxış edib.

“Qafqazinfo” xəbər verir ki, millət vəkili “Bakı” klubunun akademiyasının olmasına baxmayaraq maliyyə problemləri səbəbindən çətinliklərlə üzləşdiyini deyib. 

O, həmçinin klubun bağlanma ehtimalı olduğunu da sözlərinə əlavə edib: “Hökumət üzvlərinin burada olmasından istifadə edərək demək istəyirəm ki, 17 yaşa qədər olan uşaqlar arasında futbol üzrə Avropa çempionatının final qarılaşmasının Bakıda keçirilməsi ilə bağlı cənab prezident bir sərəncam imzaladı və 2 milyon manat vəsait ayırdı. “Bakı” klubunun vitse-prezidenti yazıb ki, orada çox böyük perspektivləri olan 300 uşaq və gənc yetişdirilir. Onların inkişafı üçün xaricdən mütəxəssislər dəvət olunur. Amma maliyyə çatışmazlığından bu klub bağlanır. Hökumət bu məsələyə diqqət yetirməlidir və imkan verməməliyik ki, həmin futbol klubu tamamilə bağlanıb, sıradan çıxsın”.