Millət vəkili bayramı müəllimlərlə keçirdi

millet-vekili-bayrami-muellimlerle-kecirdi
Oxunma sayı: 1275


“Qafqazinfo”nun məlumatına görə Qənirə Paşayeva  və Türk Dünyası Qəzeteçiler Birliyi Başqanı Güngör Yavuzarslan Ramazan bayramına Tovuzda rayonun ən böyük kəndlərindən biri olan Dönük Qırıqlıda müəllimləri təbriklə başlayıblar.

Müəllimlərin fikir və qayğılarını dinləyib və fikir mübadiləsi aparan millət vəkili Qənirə Paşayeva gənclərin mütləq bir peşə sahibi olmasının önəmini vurğulayaraq  bu  ilin qəbul göstəricilərin ötən illə müqayisədə daha da yaxşı olacağına inandığını deyib. Q.Paşayeva bildirib ki, hansı peşənin sahibi olmasından asılı olmayaraq hər bir gəncimiz eyni zamanda orta məktəb illərindən tariximizi, ədəbiyyatımızı da yaxşı öyrənməlidirlər. 

 Türk Dünyası Qəzeteçiler Birliyi Başqanı Güngör Yavuzarslan çıxışında Azərbaycan və Türkiyənin bir millət və iki dövlət olduğunu deyib və Türkiyədəki qardaş-bacılarınızın Ramazan bayramı təbriklərini gətirdim deyərək onlara bütün dualarına çatmalarını diləyib.