Millət vəkili beynəlxalq festivalda -

millet-vekili-beynelxalq-festivalda-
Oxunma sayı: 766


“Qafqazinfo”ya daxil olan məlumata görə,  Beşpınarda çıxış edən millət vəkili ziyalılara səslənərək  ortaq tariximizi, mədəniyyətimizi, ədəbiyyatımızı, musiqimizi, keçmiş və bu günümüzü gənclərimizin  daha yaxşı bilməsinə çalışmalıyıq deyib: “Bir türk xalqının, toplumunun problemi, bütün türk xalqlarının ortaq problemidir. Ona görə də türk dünyasıyla bağlı məsələlərdə bir-birimizə hər zaman böyük  dəstək olmalıyıq”. 

Qarabağ probleminin həllində gənclərin üzərinə çox böyük missiya düşdüyünü xüsusi vurğulayan millət vəkili onları Azərbaycana, Qarabağ probleminə, Xocalı Soyqırımı mövzusuna, öz evinə dönə bilməyən qaçqın və məcburi köçkün qardaş-bacılarımız mövzusuna daha həssas yanaşmağa çağırıb. 

Çıxışının sonunda Azərbaycan-Türkiyə münasibətlərinə də toxunan millət vəkili Beynəlxalq Dədə Qorduq  Festivalını gələn dəfə birlikdə işğaldan azad edəcəyimiz bölgələrimizdə qeyd edək deyib. O, həmçinin tədbirin iştirakçılarına Azərbaycan mədəniyyəti, tarixi, Qarabağ həqiqətləri ilə bağlı materiallar, özünün müəllifi olduğu kitabları hədiyyə edib.

“Qafqazinfo”