Millət vəkili dəhşətli qəzadan danışdı

millet-vekili-dehsetli-qezadan-danisdi
Oxunma sayı: 3013


“Qafqazinfo” xəbər verir ki, Q. Paşayeva hadisə zamanı həyatlarını itirmiş Məmmədovlar ailəsinin bütün üzvlərinə Allahdan rəhmət, sevənlərinə səbr diləyib: “Bir ailənin bu cür böyük faciəsi təbii ki hamımızı kədərləndirir. Bir az əvvəl təkrar Tovuz Rayon Mərkəzi Xəstəxanasının rəhbərliyi və həkimləri ilə danışdım. “Mercedes” markalı minik avtomobilinin sərnişinlərini xilas etmək mümkün olmasa da, “Daewoo” markalı avtobusda olan və hadisə zamanı yaralanan 8 insanı çox şükür ki Allahın yardımı ilə xilas etmək mümkün olub. Onlara rayon xəstəxanasında lazımi tibbi yardım göstərilib. 

Yeddisi yaxın saatlarda yüngül xəsarət aldıqları üçün müayinə və müalicə təyin edilərək evlərinə buraxılacaq, 1 nəfərin isə bud sümüyü orta-ağır vəziyyətdədir və əməliyyat olunması üçün Bakıya göndərilib Bütün yaralanan insanlarımıza Allahdan qısa zamanda tam sağalmasını diləyirik. Bütün avtomobil sürücülərinə, maşın idarəedən bütün insanlarımıza səslənərək çox diqqətli olun deyirik. Çünki qəzalar çoxlu sayda insanlarımızın, ailələrimizin faciəsinə çevrilir. Ona görə dər bütün sürücülər, maşın idarəedən şəxslər avtomobili idarə edərkən çox diqqətli olmalıdır”.

Günel Türksoy