Millət vəkili dəhşətli yanğından danışdı

millet-vekili-dehsetli-yangindan-danisdi
Oxunma sayı: 5204


"Qafqazinfo"ya daxil olan məlumata görə, millət vəkili deyib ki, bu artıq Bakıda ikinci hadisədir: "Xətai rayonunda baş verən yanğınla bağlı Milli Məclisdə çıxışım zamanı qeyd etmişdim ki, dərhal bu nəzarətə götürülməli və hökumət bununla bağlı ciddi tədbirlər görməlidir. Təəssüflər olsun ki, tədbirlər görülmədi. Mən bunun təsadüfü və ya təxribat olduğunu deyə bilmərəm. Amma I Avropa Oyunları zamanı belə təxribatların ola biləcəyini istisna etmirəm. Ona görə də hökumət dərhal ilk növbədə bütün bu tipli binaların hamısının yanında mühafizə xidməti yaratmalıdır və Avropa oyunları dönəmində mühafizə olunmalıdır.

Oyunlardan dərhal sonra isə bu binaların üzlük materialları sökülərək təhlükəsiz vəziyyətə gətirilməlidir. Bununla bağlı səlahiyyətli qurumlar ciddi araşdırmalar aparmalıdır".

Millət vəkili ölənlərin ailələrinə başsağlığı verib: “Ölənlərin ailələrinə başsağlığı verirəm, yaralılara Allahdan şəfa diləyirəm!

Hesab edirəm ki, hökumət zərərçəkənlərə ciddi kompensasiya verilməlidir. Ailələrini itirmiş adamlara birdəfəlik ən azı 50 min manat dəyərində kompensasiya ödəməlidir. Çünki səlahiyyətli şəxslərin səhvi və qeyri-qanuni əməlləri ucbatından baş vermiş faciədə insanlar əziyyət çəkib. Hadisə ciddi şəkildə araşdırmalı və məsuliyyət daşıyan şəxslər qanun qarşısında cavab verməlidirlər”.