“Qafqazinfo” xəbər verir ki, bu sözləri millət vəkili Aytən Mustafayeva parlamentin bu gün keçirilən iclasında “Şəhərsalma və tikinti Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı çıxış edərkən bildirib.
Qeyd edib ki, Azərbaycanda əlillərə lazımi səviyyədə diqqət və qayğı göstərilmir və nəticədə onlar cəmiyyətə inteqarsiya ola bilmirlər: “Hətta elə vəziyyət olub ki, nə piyada keçidlərində, nə də avtobuslarda onlara şərait yaradılıb. Biz Avropada səfərdə olanda görürük ki, elə bil ki ölkənin yarısı əlildir. Amma bu belə deyil, sadəcə orada əlillərə çox böyük imkanlar yaradılıb. Amma Azərbaycanda isə tamam fərqli situasiya ilə üzləşirik. Onlara dayanacaqlarda da şərait yaradılmayıb. Ona görə də təklif edirəm ki, heç olmasa yeni tikilən dayanacaqlarda, keçirdlərdə bu problemlər nəzərə alınsın. Heç kəsin sağlamlığı qarantiya altında deyil və bilmirik ki, gələcəkdə necə olacaq”.
Millət vəkili eyni zamanda Bakıda tikintilərin qanunayuğun aparılmadığını da vurğulayıb: “Binalar arasında məsafə qoyulmur. Buna görə də evlərə gün işığı düşmür. İnsanların istirahəti üçün həyətlərdə heç bir şərait yoxdur. Binalar çox hallarda keyifiyyətsiz tikilir”.
Günel Türksoy
Son xəbərlər
Son Xəbərlər