Millət vəkili əsgərlərlə görüşdü- - Fotolar

millet-vekili-esgerlerle-gorusdu-
Oxunma sayı: 1255


"Qafqazinfo"ya daxil olan məlumata görə, əsgər və zabitlər qarşısında çıxış edən Qənirə Paşayeva onları Azərbaycan Silahlı Qüvvələri Günü və qarşıdan gələn Ramazan bayramı münasibətilə təbrik edib. Ramazan ayının hikmətlərindən danışan millət vəkili hər bir əsgər və hərbçilərimizə dualarına çatmalarını diləyib. 

O deyib ki, hər bir azərbaycanlının ən böyük arzusu Ermənistanın işğalı altında olan torpaqlarımızın işğaldan azad olunması və bayrağımızın Dağlıq Qarabağımızda da dalğalanmasıdır: bayrağımızın Dağlıq Qarabağımızda da dalğalanmasıdır: “Bunun üçün biz hər birimiz üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirməliyik. Mən inanıram ki, o gün uzaqda deyil və biz Ali Baş Komandanın rəhbərliyi altında torpaqlarımızı işğaldan azad edəcəyik və bayrağımız o gözəl torpaqlarımızda da dalğalanacaq. İnşallah, gələn il Ramazan bayramını işğaldan azad edəcəyimiz Dağlıq Qarabağımızda, Xankəndində, Şuşamızda və işğal altında olan digər gözəl bölgələrimizdə qeyd edək. Mən əminəm ki, biz bunu edəcəyik”.

TUSİAB-ın sədri Yavuz Keleş ön cəbhədə hərbi hissədə keçirilən bu tədbirdə iştirak etməkdən qürur duyduğunu və bu tədbirin önəmli olduğunu qeyd edib.