Millət vəkili Fırat universitetində

millet-vekili-firat-universitetinde
Oxunma sayı: 787


 “Qafqazinfo” xəbər verir ki, Elazığ Fırat Üniversitetində keçirilən tədbirdə universitetin rektoru prof. Dr. Kutbeddin Demirdağ, prorektorlar,  alimlər, ziyalılar və tələbələr iştirak edib. Təqdimat və imzalanma mərasimi zamanı Qənirə Paşayeva deyib ki, Türkiyə türkcəsində olan və sabiq millət vəkili Havva Məmmədova ilə birgə hazırladıqları “Hocalı soykırımı: tanıkların dilinden” kitabı Türkiyədə və dünyanın bir çox bölgələrində yaşayan türk gəncliyinə Xocalı Soyqırımı ilə bağlı daha geniş bilgilər vermək, onların bu soyqırıma doğru gələn tarixi, yaşanan faciələri, soyqırım günü yaşananları daha geniş öyrənməsinə nail olmaqdır. Millət vəkili bildirib ki, kitabda erməni terrorunu əks etdirən fotolar, dəqiq rəqəmlərlə tərtib olunan siyahılar, həmçinin həlak olan, əsir və girov götürülən, itkin düşən Xocalı sakinlərinin, bütün üzvləri öldürülən ailələrin siyahıları da oxucuya çatdırılıb. Millət vəkili Qənirə Paşayeva həmmüəllifi olduğu “Qaradağlı soyqırımı şahidlərin dilindən” kitabı barədə də məlumat verib. O bildirib ki, Ermənistan təkcə işğal etdiyi Xocalıda deyil, eyni zamanda Qaradağlıda da dəhşətli bir soyqırım həyata keçirib və türk gəncliyi bu barədə geniş bilgilərə malik olmalıdır ki, bu həqiqətləri dünyaya daha geniş yaya bilsin. Millət vəkili Qənirə Paşayeva Fırat Universitetinin kitabxanasına müəllifi olduğu kitablarla bərabər, Azərbaycan həqiqətləri, Qarabağ həqiqətləri ilə də bağlı çoxlu sayda kitab hədiyyə edərək gəncləri onları oxumağa səsləyib.