Millət vəkili gənclərə çağırış etdi

millet-vekili-genclere-cagiris-etdi
Oxunma sayı: 1258


“Qafqazinfo”ya daxil olan məlumata görə, bir sıra müəllim və  kənd ziyalıları  bu cür görüş və tədbirlərin əhəmiyyətinə toxunaraq  belə görüşlərə böyük ehtiyac olduğunu, uşaqlarla müzakirələrə və onların hər birinə kitab hədiyyələrinə görə millət vəkili Qənirə Paşayevaya təşəkkürünü bildiriblər. 

Millət vəkili Qənirə Paşayeva bildirib ki, bir insanın inkişafı və gələcəyində onun təhsili, bir peşə sahibi olması çox böyük önəm daşıyır və uşaqlarımız oxumağa, öyrənməyə, bir peşə sahibi olmağa daha çox meyilli olmalıdırlar. O qeyd edib ki, cəmiyyətin maariflənməsi, xüsusilə də savadlı, intellektual,vətənpərvər, daxili dünyaları zəngin olan gəncliyimizin yetişməsində və dünyagörüşünün formalaşmasında mütaliə xüsusi əhəmiyyət kəsb edir.  Q.Paşayeva hər bir gəncimiz eyni zamanda orta məktəb illərindən tariximizi, ədəbiyyatımızı,Azərbaycan coğrafiyasını da yaxşı öyrənməyə çağırıb. O, bildirib ki, hansı peşənin sahibi olmasından asılı olmayaraq hər bir insan öz ölkəsinin və millətinin tarixini bilməlidir. 

Görüşün sonunda Q.Paşayeva uşaqlara, gənclərə və müəllimlərə müəllifi olduğu kitabları imzalı hədiyyə etməklə yanaşı, onlara yerli və xarici müəlliflərin kitablarını,özəlliklə Azərbaycan tarixi, dili, ədəbiyyatı, çoğrafiyası ilə bağlı çoxlu sayda kitablar hədiyyə edib. Millət vəkili məktəbin kitabxanasına gənclərin oxuması üçün  çoxlu kitablar hədiyyə edib.