“Qafqazinfo” xəbər verir ki, Türk Ocaqları Karabük şöbəsi və Türkiyə Günlüyü dərgisi tərəfindən gerçəkləşdirilən "Türk düşüncə çalıştayı" konfransı keçirilib. Konfransda millət vəkili Qənirə Paşayeva, Karabük valisi Orhan Alimoğlu, Mərkzə valisi Cengiz Aydoğdu, Karabük bələdiyyə sədri Rafet Vergili, Türk Ocaqlarının rəhbəri Mehmet Öz, Karabük bölgəsinin rəsmiləri, Türkiyənin millət vəkilləri, ziyalılar, alimlər və tələbələr iştirak edib.
Millət vəkili Qənirə Paşayeva gəncləri sosial medianın imkanlarından istifadə edərək qondarma erməni soyqırımı iddialarına qarşı mübarizədə, Qarabağ həqiqətlərinin yayılması, Xocalı soyqırımının tanıdılması, Ermənistanın işğalçılıq siyasətinin ifşa olunması istiqamətdə səyləri artırmağa çağırıb.Tədbirin əhəmiyyətindən danışan millət vəkili Qənirə Paşayeva “İnşallah gələn tədbirimizi birlikdə işğaldan azad edəcəyimiz Qarabağımızda keçirərik. İnşallah, birlikdə işğaldan azad edəcəyimiz Xankəndində, Şuşada, Xocalıda və digər o cənnət bölgələrimizdə görüşərik”- deyə millət vəkili qeyd edib.
Türk Ocaqları rəhbəri Mehmet Öz çıxışı zamanı Türk Ocaqlarının 102 ildir fəaliyyət göstərməyinə diqqət çəkərək bildirib ki, Türk Ocaqları Osmanlı imperiyasının devrilməsindən və Türk millətinin mövcudluq uğrunda apardığı mücadəlis zzamanı yaradılan bir ocaqdır və müasir Türkiyə dövlətinin yaradılmasında Türk Ocaqlarının böyük əməyi vardır, ona görə də Türk Ocaqları tərəfindən belə bir tədbirin keçirilməsi çox sevindirici haldır. Tədbirdə çıxış edən digər iştirakçılar da tədbirin əhəmiyyətindən danışıblar və bu cür tədbirlərin davamlı olaraq keçirilməsinin vacibliyini qeyd ediblər.
Son xəbərlər
Son Xəbərlər