Millət vəkili gənclərlə müzakirə apardı

millet-vekili-genclerle-muzakire-apardi
Oxunma sayı: 982


“Qafqazinfo”ya daxil olan məlumata görə, görüşün qonaqları  Milli Məclisin deputatı  Qənirə Paşayeva və Azərbaycan Respublikasının Dağlıq  Qarabağ  Bölgəsinin  Azərbaycanlı İcmasının Əlaqələndirmə Şurasının sədri Orxan Əkbərov olub. Q.Paşayeva bildirib ki, hər bir gənc, hər bir vətəndaş harada yaşamasından, harada olmasından asılı olmayaraq Qarabağ həqiqətlərinin dünyaya çatdırılması istiqamətində çalışmalıdır. Qənirə Paşayeva Azərbaycan həqiqətlərinin daha geniş şəkildə yayılması məqsədilə müxtəlif yönümlü kampaniyaların artırılmasının vacibliyini vurğulayıb. Onun sözlərinə görə bu gün gənclərimiz Azərbaycan haqqında həqiqətlərin, Xocalı soyqırımı, Dağlıq Qarabağ münaqişəsi haqqında tam dolğun və düzgün məlumatlandırılmalıdırlar. Onlar bu həqiqətləri dünya ictimayyətinə faktlarla, sübutlarla çatdırmalıdırlar. Bu Azərbaycan gənclərinin əsas məsələsi olmalıdır.

 Sonra qonaqlar 5 komandanın "Birlik","Etimad","Tərəqqi","İnkişaf" və "Uğur"un üzvlərinin çoxsaylı suallarını cüvablandırıb və maraqlı müzakirərlər aparıblar.