Millət vəkili Goranboyda vətəndaşları qəbul edib - Fotolar

millet-vekili-goranboyda-vetendaslari-qebul-edib
Oxunma sayı: 1223

Millət vəkili Anar Məmmədov Goranboy rayonu Nadirkənd kəndində vətəndaşları qəbul edib.

“Qafqazinfo” xəbər verir ki, qəbulda vətəndaşların müraciəti dinlənilib, şəhid ailələri və qazilər növbədənkənar qəbul edilib, onların problemlərinə həssaslıqla yanaşılıb.

Qəbula gələn vətəndaşlar əsasən işlə təmin olunma, ev təmirinə köməklik, sosial yardım, su çəkilişi, sahibkarlıq və həyətyanı sahə üçün torpaq sahəsinin ayrılması, fərdi yaşayış evinin tikintisi üçün icazə və digər məsələlərlə bağlı müraciət ediblər. Onların müraciətləri millət vəkili tərəfindən diqqətlə dinlənilib, Milli Məclisin deputatının səlahiyyətləri çərçivəsinə aid müraciətlər qanun çərçivəsində həll olunub, digər müraciətlərlə bağlı isə vətəndaşlara müvafiq izahatlar verilib, vətəndaş məmnunluğu təmin olunub.

Qəbulda vətəndaşlar ölkəmizdə həyata keçirilən islahatlara, əhalinin sosial rifah halının yüksəldilməsinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.