Millət vəkili görüş keçirib

millet-vekili-gorus-kecirib
Oxunma sayı: 875


 “Qafqazinfo” xəbər verir ki, nümayəndə heyətinə İTO Yönetim Kurulu üzvü Öztürk Oran, Sözde Ermeni Soykırımı İddialarına İlişkin Məclis Komissiyasının başqanı Mustafa Balkuv, Məclis Başqan Yardımcısı Ahmet Özer, Məclis üzvləri Kazım Ekinci, Hava Demir, Rasim Mazlum ve Mahmut Özden, Azərbaycanla bağlı müxtəli araşdırmaları ilə tanınan  AK Parti millət vəkili Prof. Dr. Seyit Sertçelik, Qarabağ məsələsi və Xocalı soyqırımı, Azərbaycanla  bağlı məqalələrin müəllifi yazar-qəzetəçi Seyfullah Türksoy daxil idi. 

 Qonaqları ölkəmizdə salamlamaqdan məmnunluğunu ifadə edən millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Qənirə Paşayeva iki qardaş ölkə olan Azərbaycan ilə Türkiyə bütün sahəslərdə yüksək səviyyədə əlaqələrin və əməkdaşlığın olmasının məmnuniyyətverici olduğunu deyib.  Millət vəkili qonaqlara Ermənistanın işğalçılıq siyasəti, işğal etdiyi Azərbaycan torpaqlarında dinc insanlara qarşı törədilmiş vandalizm aktları, qətliamlar, soyqırımlar barədə geniş bilgi verib. Millət vəkili Qənirə Paşayeva Qarabağ həqiqətlərinin yayılması, qondarma erməni soyqırımı iddialarına qarşı ortaq problemlərimizin daha geniş şəkildə işıqlandırılması və dünya ictimaiyyətinin diqqətinə daha geniş şəkildə çatdırılması üçün Azərbaycanın və Türkiyənin qeyri-hökumət təşkilatları  arasında əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini vurğulayıb və bu istiqamətdə İstanbul Ticarət Odasının atdığı addımları,  sözdə erməni soyqırımı iddialarına İlişkin Məclis Komissiyasını yaratmasının önəmli olduğunu deyib. Gələn il qondarma erməni soyqırımının 100-cü ili ilə bağlı erməni diaspor və təşkilatlarının daha fəal fəaliyyət göstərəcəklərini qeyd edən millət vəkili Qənirə Paşayeva erməni yalanlarına qarşı mübarizə və həqiqətlərin təbliği istiqamətində hər iki qardaş ölkənin qeyri-hökumət təşkilatlarının birgə çalışmalarının artmasının vacibliyini qeyd edib.

 İTO Yönetim Kurulu üzvü Öztürk Oran İstanbul Ticarət Odası Sözdə Erməni Soyqırımı İddialarına İlişkin Məclis Komissiyasının 2001-ci ildə qurulduğunu və  sözdə erməni soyqırımının 100-cü ili olan 2015-ci il üçün çeşidli çalışmalar apardığını deyib, bu şalışmalar barədə geniş məlumat verib və bu istiqamətdə Azərbaycan ilə, özəlliklə onun qeyri-hökumət təşkilatları, o cümlədən Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB ilə də  güclü iş birliyinin yaradılmasının vacibliyini qeyd edib.