“Qafqazinfo” xəbər verir ki, millət vəkili Qənirə Paşayeva Tovuzun Düz Cırdaxan kəndində müəllim ailələrini ziyarət edib, qayğı və problemlərlə maraqlanıb. Millət vəkili gənclərimizin təhsill, savadlı və eyni zamanda vətənpərvər yetişməsində fədakar müəllimlərimizin rolunu xüsusi vurğulayıb. Gənclərin mütləq bir peşə sahibi olmasının önəmini vurğulayan Qənirə Paşayeva məktəbin vəziyyəti ilə də maraqlanıb. Müəllimlər Düz Cırdaxan kəndinin məktəb binasının çox ağır vəziyyətdə olması və yeni məktəb binasına ciddi ehtyac olması və bu istiqamətdə müəyyən instansiyalara müraciət etdiklərini və Qənirə Paşayevadan bu məsələdə dəstək göstərməsini xahiş ediblər. Məktəbi ziyarət edən millət vəkili məktəbə dəfələrlə baş çəkdiyini və doğrudan da müasir standartlara uyğun yeni məktəb binasına ehtiyacı olduğunu bildirərək bununla bağlı hökumətə millət vəkili kimi xahiş və müraciət edəcəyini və bu müraciətə müsbət yanaşılacağına ümid etdiyini də vurğulayıb. Paşayeva kənddə eyni zamanda bir sıra gənclərlə də görüşüb, onların dərsləri, planları ilə də maraqlanıb və fikir mübadiləsi aparılıb.
Son xəbərlər
Son Xəbərlər