Partiyadan “Qafqazinfo”ya daxil olan məlumata görə, görüşdə Azərbaycan-İsrail əlaqələri, ölkələrimiz arasındakı gələcək əməkdaşlıq məsələləri, regiondakı ictimai-siyasi və hərbi vəziyyət, Ermənistan-Azərbaycan münaqişəsinin həlli yolları müzakirə edilib. Asim Mollazadə qonaqlara DİP-in fəaliyyəti barədə ətraflı məlumat verib. Görüşdə nümayəndə heyətinin başçısı, İsrail Xarici İşlər Nazirliyinin Avrasiya şöbəsinin baş direktorunun müavini Zvi Rav-Ner, şöbənin əməkdaşı İtay Tagner, İsrailin Azərbaycandakı səfiri Rafael Harpaz və səfirliyin digər əməkdaşları iştirak edib.