“Qafqazinfo”nun məlumatına görə, Ümid Partiyasının Mərkəzi qərargahında Ümid Partiyasının sədri. millət vəkili İqbal Ağazadə Beynəlxalq Jurnalistlər Federasiyasının baş katibin müavini Oliver Krly və nümayəndə heyətini qəbul edib. Qonaqlar təşkilatın fəaliyyəti, gördüyü işlər və Azərbaycana gəlişlərinin səbəbini açıqlayıblar.
“Ölkənin daxilində jurnalistlər üçün oturuşmuş media institutları və iş yerləri olmalıdır. Bizim belə bir şüarımız var ki, korrupsiyaya uğramış ölkələrdə azad media ola bilməz. Həmçinin, jurnalistlərin işlədiyi müəssisələrdə onların iş şərtlərini əks etdirən müqavilə olmalıdır”- deyə O.Krly bildirib.
Bundan əvvəl də Azərbaycanda “ Etik peşə qaydaları” adlı layihə həyata keçirdiklərini qeyd edən qonaqlar, jurnalist həmkarlar ittifaqının gücləndirilməsi, yoxsa yaradılması istiqamətində 3 illik layihənin icra olunması üçün Azərbaycanda olduqlarını bildirdilər.
Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə də mətbuata hər zaman açıq olduğunu, medianın inkişafına dəstək verdiyini, jurnalistlərin problemlərini parlamentdə qaldırdığını, difamasiya haqqında qanunun qəbuluna çalışdığını, BJF-yə təşəbbüs göstərilən istiqamətdə bütün köməklikləri göstərməyə hazır olduğunu bildirdi.