Millət vəkili kömək istədi

millet-vekili-komek-istedi
Oxunma sayı: 971


“Qafqazinfo” xəbər verir ki, millət vəkili bildirib ki, Azərbaycanda çoxlu sayda gənc müxtəlif xəstəliklərə yoluxurlar, hansı ki onların Azərbaycanda müalicəsi çətindir: 

“Heydər Əliyev Fondu bu istiqamətdə iş aparır. Prezident İlham Əliyevə də müraciət edilir, köməklik olunur. Amma bu yetərli deyil. Azərbaycanda xüsusi bir fondun yaradılmasına ehtiyac var. Gənclər mənə müraciət etdilər ki, Nərmin Hüseynlinin müalicəsinə ehtiyac var. 150 min avro Nərminin  müalicə xərcidir. Belə bir fond yaradılsa, iş adamları həmin fonda kifayət qədər pul köçürə bilər. Bu da xaricdə müalicəyə ehtiyacı olan insanlara yardım etmək üçün  gözəl şans olar".

Ölkənin səhiyyə sistemində kompleks islahatlara ehtiyac olduğunu vurğulayan Qüdrət Həsənquliyev dövlət səhiyyə obyektlərinin böyük bir qisminin özəlləşdirilməsinin zəruriliyini diqqətə çatdırdı: "Mən dünən mətbuatda oxudum ki, nəhayət ki, Nazirlər Kabineti Azərbaycanda icbari tibbi sığortanın tətbiqinə başlamağa hazırlaşır. Bu Azərbaycan vətəndaşları üçün çox önəmli bir hadisədir. Mən deyərdim ki, bəlkə də səhiyyə sistemində inqilabi bir dəyişikliyin başlanğıcını qoyacaq. Amma düşünürəm ki, bu da yetərli deyil, daha yaxşı olardı ki, ölkədə səhiyyə sistemində islahatlar kompleks şəkildə aparılsın. Biz bazar iqtisadiyyatına keçmiş ölkəyik. Mən dəfələrlə bu məsələni Milli Məclisdə də qaldırmışam ki, Azərbaycanda bu qədər dövlət səhiyyə obyektlərinin olmasına ehtiyac yoxdur. Onların böyük bir qismi özəlləşdirilməlidir, xüsusi mülkiyyətə verilməlidir. Belə olduğu təqdirdə hesab edirəm ki, həm səhiyyə sistemində olan müəyyən neqativ hallar aradan qalxar, həm də əhalinin müalicəsi daha yüksək səviyyədə təmin olunar. Hal-hazırda çoxlu sayda insanlar xarici ölkələrə gedir və o ölkələrdən də bir çox hallarda müalicəsi çox çətin olan müxtəlif qan xəstəliklərilə Azərbaycana qayıdırlar. Bu başqa bir söhbətin mövzusudur və yəqin ki, mən gələcəkdə bu barədə də danışacağam".

Günel