Millət vəkili Malatyada- - Fotolar

millet-vekili-malatyada-
Oxunma sayı: 1641


“Qafqazinfo” xəbər verir ki, millət vəkilini Malatyada salamlamaqdan məmnunluğunu ifadə edən Cemil Çelik qardaş ölkə olan Azərbaycan ilə Türkiyə arasında bütün sahələrdə, o cümlədən təhsil sahəsində əlaqələrin getdikcə genişlənməsindən məmnunluğunu ifadə edib. Azərbaycanla əməkdaşlığa böyük önəm verdiklərini deyən Cemil Çelik Azərbaycanın bütün istiqamətlərdə getdikcə daha da inkişaf etməsindən sevindiklərini bildirib və iki ölkə arasında bütün sahələrdə münasibətlərin daha da inkişafından məmnunluğunu ifadə edib. Qənirə Paşayeva Azərbaycan universitetlərinin Türkiyənin ali təhsil müəssisələri ilə əməkdaşlığın getdikcə daha da genişlənməsinin vacibliyini qeyd edib və Malatya Universiteti ilə Azərbaycanın ali təhsil müəssisələri arasında əməkdaşlığın daha da genişlənməsinin müsbət hal olduğunu bildirib. Malatya Universitetində təhsil alan tələbələrin sayının getdikcə artmasının sevindirici hal olduğunu qeyd edən millət vəkili Qənirə Paşayeva onların burada özlərini öz vətənlərində hiss etmələri və keyfiyyətli təhsil almaları üçün yaradılan hər cür şəraitə görə təşəkkürünü bildirib və azərbaycanlı tələbələrin də öz növbəsində Malatya Universitetində Azərbaycanı layiqincə təmsil etdiklərinə inanıb. Millət vəkili Qənirə Paşayeva rektora Azərbaycan həqiqətləri, Dağlıq Qarabağ münaqişəsi, Xocalı Soyqırımı ilə bağlı geniş məlumatlat verib və bu istiqamətdə fikir mübadiləsi aparılıb. Qənirə Paşayeva Cemil Çelikə Azərbaycan mədəniyyəti, tarixinə dair materiallar, kitablar, filmlər, həmçinin özünün həmmüəllifi olduğu “Hocalı Soykırımı tanıkların dilinden”, “Karadağlı Soykırımı tanıkların dilinden” ve “Bağanıs Ayrım Soykırımı tanıkların dilinden “ kitablarını ve digər kitablarını hədiyyət edib. Görüşdə millət vəkili Qənirə Paşayeva Cemil Çeliki Azərbaycana dəvət edib. Cemil Çelik dəvəti məmnuniyyətlə qəbul edibr və Malatya Universiteti ilə Azərbaycanın ali təhsil məktəbləri arasında əlaqələrin daha da inkişafının vacibliyini vurğulayıb. 

Görüşün sonunda millət vəkili Qənirə Paşayeva azərbaycanlı tələbələrə Azərbaycan həqiqətləri, mədəniyyəti ilə bağlı materiallar və özünün müəllifi olduğu kitabları hədiyyə edib.