“Qafqazinfo” ya daxil olan məlumata görə, millət vəkili Qənirə Paşayeva BMT Baş katibinin müavini və BMT Qadın (UN Women) qurumunun icraçı direktoru Phumzile Mlambo-Ngcukaya Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında çıxmasını tələb edən BMT Təhlükəsizlik Şurası qətnamələrinin 20 ildən çoxdur ki, rəsmi İrəvan tərəfindən həyata keçirilməməsi və bunun nəticəsində öz evinə dönə bilməyən 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünlərdən danışıb. Millət vəkili Q. Paşayeva bütün azərbaycanlıların BMT rəhbərliyindən təşkilatın Təhlükəsizlik Şurasının 4 qətnaməsinin yerinə yetirilməsi istiqamətində səylərini daha da artırmalarını gözlədiklərini bildirib. Qənirə Paşayeva 20 ildən artıqdır ki, öz evlərinə dönə bilmədikləri üçün böyük sarsıntılar yaşayan 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünün, 100 minlərlə qaçqın və məcburi köçkün qadının BMT rəhbərliyindən onların Ermənistan tərəfindən pozulmuş hüquqlarının bərpası istiqamətində öz səylərini daha da artırmasını gözlədiklərini BMT Baş katibinin müavini və BMT Qadın (UN Women) təşkilatının icraçı direktoru Phumzile Mlambo-Ngcukanın diqqətinə çatdırıb.
Son xəbərlər
Son Xəbərlər