“Qafqazinfo” xəbər verir ki, millət vəkili Qənirə Paşayeva xəstənin sağalması üçün bütün xərcləri öz üzərinə götürüb. Yaxınları “Qafqazinfo”ya açıqlamalarında bildirib ki, sözügedən məlumat saytda yayımlanandan sonra millət vəkili Qənirə Paşayeva onlarla əlaqə saxlayıb.
Millət vəkili bununla bağlı Səhiyyə Nazirliyinə məlumat verdiyini də qeyd edib: "Həkimlər xəstəni müayinə etdikdən sonra Mehmanın müalicəsi Bakıdakı sanatoriyaların birində davam etdiriləcək".
Qeyd edək ki, Daşkəsən sakini Mehman Göyüyev sol ayağında yaranan damar sıxıntısı problemi ilə əlaqədar yeriyə bilmir və yaxınları “Qafqazinfo”nun “Facebook” səhifəsinə yazaraq onun xəstəliyini ictimailəşdirməyimizi xahiş etmişdilər.
Son xəbərlər
Son Xəbərlər