"Qafqazinfo"ya daxil olan məlumata görə, deputat gənclərimizin savadlı yetişməsində fədakar müəllimlərimizin rolunu xüsusi vurğulayaraq bir neçə ciddi məsələyə də toxunub. O bildirib ki, uşaqlarımız hansı peşənin arxasından getməsindən asılı olmayaraq ana dili, Azərbaycan tarixi, ədəbiyyatı və çoğrafiyasını yaxşı bilməlidirlər.
Müəllimlərlə görüş zamanı Q.Paşayeva gənclərin mütləq bir peşə sahibi olmasının önəmini vurğulayaraq bu ilin göstəricilərinin ötən illə müqayisədə daha da yaxşı olacağına inandığını deyib.
Məktəbin direktoru Eldar Qarayev çıxış edərək məktəbdə təhsilin vəziyyəti, qarşıda duran hədəflər barədə məlumat verib. Q.Paşayeva müəllimlərin fikir və qayğılarını dinləyib, fikir mübadiləsi aparılıb. Müəllimlər Hunan kənd orta məktəbinin binasının köhnə olması, təhsil üçün o qədər yararlı vəziyyətdə olmaması və yeni məktəbin tikintisinə böyük ehtiyacı olduğunu, məsələnin öz həllini tapması istiqamətində bundan sonra da bir millət vəkili olaraq dəstəyini əsirgəməməsini xahiş ediblər.
Son xəbərlər
Son Xəbərlər