Millət vəkili Naftalanda idmançılarla görüşdü - Fotolar

Millət vəkili Naftalanda idmançılarla görüşdü
Oxunma sayı: 1611

Millət vəkili Anar Məmmədov Naftalan şəhərində idmançılarla görüşüb.

“Qafqazinfo” xəbər verir ki, görüşdə Naftalan Şəhər İcra Hakimiyyətinin başçısının müavini, şəhid ailələri, Naftalan şəhər Gənclər və İdman idarəsinin rəisi və şəhər ictimaiyyəti iştirak edib.

Daha sonra deputat Naftalan şəhər Gənclər və İdman idarəsində idman ictimaiyyəti ilə görüşüb, burada mövcud potensial imkanlardan əlverişli istifadə etməklə şəhərdə idmanın hərtərfli inkişafını sürətləndirmək məqsədilə geniş müzakirələr aparılıb. Bildirib ki, idmanda qazandığımız nailiyyətlər, dünya və Avropa çempionatlarında idmançılarımızın əldə etdiyi medallar və mükafatlar ölkəmizin beynəlxalq idman təşkilatlarında mövqeyinin xeyli güclənməsinə, Azərbaycanın dünyaya əsl idman ölkəsi kimi tanınmasına səbəb olub.

Görüşün sonunda Anar Məmmədov tərəfindən idmançıların müraciətinə cavab olaraq lazımi idman avadanlıqları təqdim olunub.