“Qafqazinfo”ya daxil olan məlumata görə, Sivasın Cumhuriyyet Universiteti və Türk Ocaqlarının təşkil etdiyi Universitet rəhbərliyinin, müəllim və tələbələrin, Türk Ocakları rəhbərləri və nümayəndələrinin, çoxlu sayda Sivaslının qatıldığı “100-cü ilində erməni məsələsi” adlı konfransda geniş məruzə ilə çıxış edən millət vəkili Qənirə Paşayeva Azərbaycan xalqının soyqırıma məruz qaldığını dünyanın hər tərəfində yaşayan insanlara daha geniş şəkildə duyurmaq və bütün dünyanın Xocalı Soyqrımını bilməsi üçün hər yerdə konfranslar və tədbirlər təşkil edildiyini bildirib Millət vəkili Qənirə Paşayeva ermənilərin 23 il əvvəl Xocalıda dinc azərbaycanlılara qarşı soyqırım törətdiklərini və insanlığa qarşı bir cinayət olan Xocalı Soyqırımını unutmayacağıq və unutdurmayacağıq,-deyib. Xocalı Soyqırımını tanıyan qətnamələrin bir sıra ölkələr tərəfindən qəbul edilməsinə baxmayaraq Xocalı Soyqırımını törədənlərin hələ də ədalət qarşısında cavab vermədiklərini deyən millət vəkili Qənirə Paşayeva bu soyqırımı törədənlərin ədalət qarşısında hesab vermələrinin Azərbaycanın ən böyük hədəflərindən olduğunu qeyd edib. Xocalı Soyqırımı da daxil olmaqla Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında məsum insanlarımızı qətlə yetirən bütün cinayətkarların, qatillərin ədalət qarşısında cavab verməsinə nail olmalıyıq və torpaqlarımızı işğaldan azad etməliyik. Sonda Q.Paşayeva Azərbaycan həqiqətlərinin anladan kitabları, materialları, özünün müəllifi olduğu Türkiyə türkcəsində “Hocalı Soykırımı tanıkların dilinden” kitabını və rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İb-nin hazırladığı “Azərbaycan həqiqətləri” filmləri kataloqunu tədbir iştirakçılarına hədiyyə edib və gənclərin suallarını geniş şəkildə cavablandırıb.
Son xəbərlər
Son Xəbərlər