“Qafqazinfo” xəbər verir ki, tədbirdə“ Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin rəhbəri, millət vəkili Qənirə Paşayeva, Tovuz rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalov, Türkiyədən və İraqdan gəlmiş aydınlar, sənətçilər və media mənsubları iştirak ediblər. Tədbirdə çıxış edən millət vəkili, “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin rəhbəri Qənirə Paşayeva ön cəbhədə əsgərlərimizlə, hərbçilərmizlə bir arada olmaqdan və qarşıdan gələn26 iyun - Silahlı Qüvvələr gününü bərabər keçirməkdən öz məmnunluğunu ifadə edib.
Türkiyədən və İraqdan tanınmış yazıçılar, şairlər, jurnalistlər, sənətçilər və aydınlardan ibarət 20 nəfərlik nümayəndə heyəti millət vəkili Qənirə Paşayevanın müşayiəti ilə Tovuzun ön cəbhə kəndlərində olublar və onlara atəşkəs dövründə də Tovuzun ön cəbhə kəndlərinin yaşadıqları barədə geniş məlumatlar verilib. Millət vəkili Qənirə Paşayeva Ermənistan Silahlı Qüvvələrinin atəşkəs rejimini mütəmadi olaraq pozması və sərhəddə yerləşən kəndlərin mülkü sakinlərinə zərər vurmaları, insanların neçə illərdir kənd qəbirstanlığını ziyarət etməyə imkan verməmələri, bu addımı atmaq istəyən şəxslərin snayperlərlə vurulması, bu səbəbdən kənd camaatının yeni qəbirstanlıq salma məcburiyyətində qalmasından, həmin qəbirstanlıqda yerləşən tarixi, dini abidələri Ermənistan Silahlı Qüvvələrinin yandıraraq məhv etmələri, kənd insanlarını suvarma üçün su mənbəyindən istifadə etməyə snayperlərlə imkan verməmələri, payızda otların qurumağa başladığı zaman kəndə yaxın ərazilərə silahlardan ataraq yanğın törətmələri, bir sözlə insanlığa sığmayan əməllərini davam etdirmələri barədə geniş məlumatlar verib.
Son xəbərlər
Son Xəbərlər