Hörmətli Sərdar bəy!
Sizi yubiley münasibətilə ürəkdən təbrik edir, uzun ömür , can sağlığı, siyasi və elmi fəaliyyətində müvəffəqiyyətlər arzulayıram.
Siz Azərbaycanın dəyərli insanlarından birisiniz. Azərbaycan Milli Azadlıq hərəkatının öncülərindən olmusunuz və ömrünüzün böyük hissəsini Azərbaycanın müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü, demokratikləşməsi uğrunda mübarizəyə həsr etmisiniz. Bu gün də yorulmadan, usanmadan Azərbaycanın demokrtikləşməsi və ərazi bütövlüyü uğrunda prinsipial və ardıcıl mübarizənizi davam etdirirsiniz. Özünə, ailə üzvlərinə, yaxınlarına olan təzyiqlər, məhbəs həyatı belə Sizi müqəddəs bildiyiniz, uğrunda mübarizə apardığınız yoldan çəkindirə bilməyib. Keçdiyiniz şərəfli həyat yolu Sizin milli və dövlət maraqlarını daim hər şeydən üstün tutduğunuzu əyani surətdə təsdiqləyir.
Bir daha sizi yubiley münasibəti ilə təbrik edir, uzun ömür , can sağlığı, siyasi və elmi fəaliyyətində müvəffəqiyyətlər, Azərbaycanın demokratikləşməsi naminə apardığı yorulmaz mübarizədə uğurlar arzulayıram.
Təbrik edirəm!
Son xəbərlər
Son Xəbərlər