“Qafqazinfo”nun məlumatına görə, millət vəkili Qənirə Paşayeva Tarsus bələdiyyə başqanı Şevket Canla Xocalı Soyqırımı ilə bağlı müzakirə aparıb.
Millət vəkili, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun üzvü Qənirə Paşayeva Tarsus bələdiyyə başqanı Şevket Canla görüşüb. Gorüş zamanı millət vəkili Qənirə Paşayeva Tarsusda Azərbaycan adının daşıyan küçənin, Bakının Xətai rayonu ilə Tarsusun qardaş bələdiyyələr olmasının əhəmiyyətindən danışaraq əməkdaşlığımız daha da genişlənməlidir deyib.
Şevket Canın hər zaman Azərbaycana böyük sevgi və Qarabağ probleminə, Xocalı Soyqırımı mövzusuna xüsusi duyarlılıqla yanaşdığını xüsusi vurğulayan millət vəkili Qənirə Paşayeva Tarsus bələdiyyə başqanı ilə Dağlıq Qarabağ problemi ilə bağlı da fikir mübadiləsi aparıb və yaxın zamanlarda Tarsusun mərkəzi parklarından birinə Qarabağ adının veriləcəyinə, Xocalı Soyqırımı abidəsinin qoyulacağına və Tarsus Bələdiyyəsinin Xocalı Soyqırımını tanıyacağına inandığını deyib və bu istiqamətdə xahişini bir daha təkrarlayaraq Tarsus bələdiyyəsi tərəfindən bu cür addımın atılmasının böyük əhəmiyyətindən, vacibliyindən danışıb.
Son xəbərlər
Son Xəbərlər