“Qafqazinfo” ya daxil olan məlumata görə, konfransda çıxış edən Türk Ocaqları Karabük şöbəsinin rəhbəri Taşkın Deniz Türk Ocaqlarının fəaliyyəti və konfransın keçirilməsi məqsədi barədə məlumat verib.
Konfransda iştirak edən millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu IB-nin sədri Qənirə Paşayeva Azərbaycanın qədim mədəniyyət beşiyi olan Şuşanın Ermənistan tərəfindən işğalından 22 il ötdüyünü , Ermənistanın işğal etdiyi Şuşada və digər Azərbaycan torpaqlarında Azərbaycan türklərinə qarşı həyata keçirdiyi etnik təmizləmə siyasəti, millətimizə məxsus mədəni-tarixi abidələri, məscidləri, qəbirstanlıqları dağıtması, türk millətinin Azərbaycanın əzəli torpağı olan Dağlıq Qarabağda tarixi izlərini silmək siyasəti yürütməsi, 1 milyon azərbaycanlının öz yurd-yuvasına dönməsinə imkan verməməsi barədə məlumatlar verib. Millət vəkili bildirib ki, harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanı Xocalı Soyqırımı, Qarabağ həqiqətlərinin, Ermənistanın işğal etdiyi Şuşada və digər Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarının dünyaya çatdırılması, bu soyqırımı törədənlərin öz layiqli cəzasını alması üçün çalışmalıdır.
Millət vəkili Qənirə Paşayeva Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu IB tərəfindən hazırlanan "Dağıdılmış mədəniyyət beşiyi Şuşa" filmi də daxil olmaqla, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi soyqırımları, qətliamları, vandalizm aktlarını özündə əks etdirən "Azərbaycan həqiqətləri" filmlər kataloqunu Türk Ocaqları Karabük şöbəsinə hədiyyə edib.
Son xəbərlər
Son Xəbərlər