“Qafqazinfo”ya daxil olan məlumata görə, millət vəkilini Bayburtda salamlamaqdan məmnunluğunu ifadə edən Prof. Dr.Selçuk Coşkun qardaş ölkə olan Azərbaycan ilə Türkiyə arasında bütün sahələrdə, o cümlədən təhsil sahəsində əlaqələrin getdikcə genişlənməsindən məmnunluğunu ifadə edib.
Azərbaycanla əməkdaşlığa böyük önəm verdiklərini deyən Prof. Dr.Selçuk Coşkun Bayburt Universitetinin də Azərbaycanla əməkdaşlıqdan böyük məmnuniyyət duyduğunu bildirib və Bayburt Universitetində təhsil alan azərbaycanlı tələbələrin hər il daha da artmasından məmnuniyyət duyduqlarını qeyd edib.
Millət vəkili Qənirə Paşayeva Azərbaycan universitetlərinin Türkiyənin ali təhsil müəssisələri ilə əməkdaşlığın getdikcə daha da genişlənməsinin vacibliyini qeyd edib və Bayburt Universiteti ilə Azərbaycanın ali təhsil müəssisələri arasında əməkdaşlığın daha da genişlənməsinin müsbət hal olduğunu bildirib. Bayburt Universitetində təhsil alan tələbələrin sayının getdikcə artmasının sevindirici hal olduğunu qeyd edən Qənirə Paşayeva onların burada özlərini öz vətənlərində hiss etmələri və keyfiyyətli təhsil almaları üçün yaradılan hər cür şəraitə görə təşəkkürünü bildirib və azərbaycanlı tələbələrin də öz növbəsində Bayburt Universitetində Azərbaycanı layiqincə təmsil etdiklərinə inandığını bildirib.
Millət vəkili rektora Azərbaycan həqiqətləri, Dağlıq Qarabağ münaqişəsi, Xocalı Soyqırımı ilə bağlı geniş məlumatlat verib və bu istiqamətdə də fikir mübadiləsi aparılıb.
Son xəbərlər
Son Xəbərlər