Millət vəkili telekanallardakı falçılardan danışdı

millet-vekili-telekanallardaki-falcilardan-danisdi
Oxunma sayı: 1172


“Qafqazinfo” nun məlumatına görə, parlamentin dünənki iclasında millət vəkili bildirib ki, bəlkə də keçmişdə biz bunların ağrı-acılarını o qədər çox hiss etmirdik: “Amma indi bunu gözlə görəcək səviyyədə hiss edə bilərik. Cadugərlik, ekstrasenslik insanları real düşünmə anından çıxaran, normal taleyinə öz planına deyil, daha çox qeyri -iradi məslələrə kökləyən tendensiyalar KİV-lərdə geniş yayılmaqdadır. Adamlar elə düşünürlər ki, bunun bəxtini , taleyini ekrandan hansısa bir baxıcı müəyyənləşdirəcək. Əgər qeyri-rəsmi şəkildə fəaliyyət göstərən o qruplara yaxınlaşsaq görəcəyik ki, onların qəbulları doludur. Adamları 500, 1000 il əvvəl də hansısa cəhalət, fanatizm səviyyəsində idarə edən qruplar var. Bundan çoxlu miqdarda qazanırlar, maliyyə götürürlər. Məsələnin başqa tərəfi isə Azərbaycan insanını, normal elmi, həyati düşüncədən çıxardırlar”. 

Millət vəkili qeyd edib ki, “Teleradio yayımı haqqında” qanunumuz var: “Orada ekstransenslik, cadugərlik, falabaxma və buna bənzər tendensiyaların birmənalı şəkildə qadağan olunmasını təklif edirəm. Siqaret, alkoqol əleyhinə müddəalar da orada əks olunub. Bunlar da ictimaiyyətdə mənfi rəyinə görə digərlərindən heç də geri qalmır”. 

Günel