Millət vəkili Tovuzda- - Fotolar

millet-vekili-tovuzda-
Oxunma sayı: 1041


Millət vəkili gənclərimizin savadlı yetişməsində fədakar müəllimlərimizin rolunu xüsusi vurğulayaraq bildirib ki, Dönük Qırıqlı kənd orta məktəbi Tovuzun yaxşı təhsil ənənələri olan məktəblərindən biridir və bunda fədakar müəllimlərimizin böyük rolu var.

Məktəbin direktoru Almaz Mehdiyeva çıxış edərək məktəbdə təhsilin vəziyyəti, qarşıda duran hədəflər barədə məlumat verib. Müəllimlər Dönük Qırıqlı kənd orta məktəbinin binasının köhnə olması, təhsil üçün o qədər yararlı vəziyyətdə olmaması və məktəb binasının təcili əsaslı təmirinə böyük ehtiyacı olduğunu bildiriblər. 

Qənirə Paşayeva bildirib ki, hansı peşənin sahibi olmasından asılı olmayaraq hər bir gəncimiz eyni zamanda orta məktəb illərindən tariximizi, ədəbiyyatımızı da yaxşı öyrənməlidirlər.