“Qafqazinfo”ya daxil olan məlumata görə, tədbirdə millət vəkili Qənirə Paşayeva, Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və tanıtım müşaviri Seyid Əhməd Arslan, rayonun ziyalıları, müəllimlər və məktəblilər iştirak ediblər. Millət vəkili Qənirə Paşayeva çıxışında bir millət iki dövlət olan Azərbaycan və Türkiyə gənclərinin bir-birinə sahiblənmə duyğuları ilə yetişməsi üçün ortaq tariximizi, ədəbiyyatımızı, mədəniyyətimizi, həqiqətlərimizi böyük şəxsiyyətlərimizi yaxından tanıyıb bilməsinə böyük ehtiyac olduğunu deyib. "Bir millətin inkişafı və gələcəyi onun gənc nəsillərinin elmə, biliyə, ən əsası oxumağa olan istək və meylindən çox asılıdır. Ona görə də biz gənclərimiz arasında kitab oxumağa maraq və meylin artması isitqamətində daha çox işlər və layihələr həyata keçirməliyik," - millət vəkili Qənirə Paşayeva deyib.
Azərbaycan həqiqətlərinin, Ermənistanın ölkəmizə qarşı yürütdüyü işğalçılıq siyasəti, işğal edilmiş Azərbaycan torpaqlarında törətdiyi soyqırımlar, faciələr, vandalizm aktları, qondarma “erməni soyqırımı”barədə gerçəklərin dünya ictimaiyyətinin diqqətinə daha geniş çatdırılması istiqamətində gənclərimizin daha fəal mübarizə aparması üçün tariximizi öyrənmələrinin vacibliyini qeyd edən millət vəkili Qənirə Paşayeva bu həqiqətlərin daha geniş yayılması üçün hər bir gəncin səylə çalışmasının əhəmiyyətini qeyd edib Sonda millət vəkili Qənirə Paşayeva Qovlar şəhər məktəblərinə qədim Türk sənət növü olan ebru sənət növünə aid rəsm əsəri və gənclərə müəllifi olduğu kitabları hədiyyə edib.
Son xəbərlər
Son Xəbərlər