Millət vəkili Türk Ocaqlarının rəhbəri ilə görüşdü

millet-vekili-turk-ocaqlarinin-rehberi-ile-gorusdu
Oxunma sayı: 852



“Qafqazinfo” xəbər verir ki, Ankarada Türk Ocaqlarının rəhbəri və üzvləri ilə görüşdə millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Qənirə Paşayeva aralarında Azərbaycanın böyük şəxsiyyətləri Əli Bəy Hüseynzadə və Əhməd bəy Ağaoğlunun da olduğu Türk Ocaqlarının qurucularını rəhmətlə anaraq türk dünyasının müxtəlif bölgələrindən gəlmiş dədələrimizin qurduğu və türk milləti üçün gözəl işlər görmüş bu ocağı ziyarətdən çox məmnun olduğunu bildirib. 

Millət vəkili Qənirə Paşayeva Türk Ocaqlarının divarlarını bəzəyən əsərlərdə Azərbaycana xüsusi diqqət verilməsindən məmnun qaldığını deyib. Türk Ocaqlarının rəhbəri,professor Mehmet Öz qurumun həyata keçirdiyi və planlaşdırdığı layihələr barədə məlumat verərək, Azərbaycanla əməkdaşlığı daha da genişləndirmək niyyətində olduqlarını söyləyib.