“Qafqazinfo” xəbər verir ki, bu sözləri millət vəkili, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq qrupunun üzvü Qənirə Paşayeva Türkiyənin İzmir şəhərində Azərbaycanın Türkiyədəki Səfirliyinin Təhsil Müşavirliyi və Azərbaycan-Türkiyə Dostluq Dərnəyinin təşkilatçılığı ilə Xocalı soyqırımının 22-ci ildönümü ilə bağlı “Dünya Xocalını anladır, sən də anlat” layihəsi çərçivəsində keçirilən tədbirdə deyib. Ermənilərin 22 il əvvəl Xocalıda dinc azərbaycanlılara qarşı soyqırım törətdiklərini, Xocalı Soyqırımını törədənlərin hələ də ədalət qarşısında cavab vermədiklərini deyən millət vəkili Qənirə Paşayeva bu soyqırımı törədənlərin ədalət qarşısında hesab vermələrinin Azərbaycanın ən böyük hədəflərindən olduğunu qeyd edib.
Millət vəkili Qənirə Paşayeva 29 ölkədən olan xarici tələbələrə səslənərək "Mən inanıram ki, siz bu gün olduğu kimi, bundan sonra da hər zaman ədalətin yanında olacaq və Qarabağ həqiqətlərinin, Xocalı Soyqırımının dünyaya daha geniş yayılması istiqamətində öz səylərinizi əsirgəməyəcəksiniz. 22 ildir evinə dönə bilməyən xocalılar da daxil olmaqla, azərbaycanlı məcburi köçkünlərin səsini artıq bütün dünya eşitməli və onların öz evlərinə dönə bilməsi üçün səylərini artırmalıdır. Bu insanlar dünyadan ədalət gözləyir. Yalnız Xocalı Soyqırımını törədənlər ədalət qarşısında cavab verdiyi zaman o gün qətlə yetirilmiş insanların ruhu az da olsa sakitlik tapa bilər," - qeyd edib. Çıxışının sonunda millət vəkili Qənirə Paşayeva "inşallah yaxın zamanlarda gələcək tədbirlərimizi işğaldan azad edəcəyimiz Dağlıq Qarabağda, Xocalıda qeyd edə bilək", - deyib.
Son xəbərlər
Son Xəbərlər