“Hansı kafaya sahib olmaq lazımdır ki, durub yazasan ki, Xoşqədəm Hidayətqızının Vüqar Qaradağlının vəzifəsində gözü varıymış. Və bunu bir kimsə öz FB statusunda deyil, hansısa sayt yazır. Digər o səviyyədə olanlar da yaşadığı xəbər qıtlığını doldurmaq üçün onu tirajlayır. Heç biri düşünmür ki, axı heç bir inzibati vəzifəsi olmayan sıravi əməkdaşın özəl şirkətin rəhbəri vəzifəsində necə gözü ola biler.
Çox təəssüf. Hər küçədən keçən qəzet açıb qəzetçiliyi hörmətdən saldı. İndi də eyni proses virtual məkanda müşahidə olunur. Bax ele buna görə də Lamiyə məhz jurnalist olub sayt açmaq sevdasına düşür. Amma o binəva deyir ki, "heyf ki, ali təhsilim yoxdur". Və elə bilir ki, yazanların hamısının təhsili, savadı var. Ancaq tam səmimi deyirəm- Lamiyə bu gün virtual məkanda yazarlıq edənlerin bir çoxundan həm dünyagörüşü, həm mütaliəliyi, həm də natıqliyinə görə çox üstündür. Tam əminliklə onu da deyirəm ki, şəxsən o öz saytında "Xoşqədəmin Vüqar Qaradağlının vəzifəsində gözü varıymış" kimi düşük xəbəri dərc eləməzdi”.
Son xəbərlər
Son Xəbərlər