Millət vəkilindən Almaniyaya mesaj

millet-vekilinden-almaniyaya-mesaj
Oxunma sayı: 1175


Millət vəkili Qənirə Paşayeva və araştırmaçı-yazar Mehmet  Perinçek Almaniyanın Nürenberq şəhərində başda Atatürkçü Düşüncə Dərnəyi olmaqla Türk və Azərbaycan diaspor təşkilatlarının qondarma erməni soyqırımı yalanlarının Alman cəmiyyətinə daha geniş tanıdılması ilə bağlı "Erməni Soykirimi iddialari və Gercekler" adlı konfransda geniş məruzə ilə çıxış ediblər. “Qafqazinfo”ya daxil olan məlumata görə, Türkiyənin Nürenberq Baş konsulunun və Mehmet Perinçeyin çıxışından sonra millət vəkili Qənirə Paşayeva  çıxışında qondarma erməni soyqırımı yalanlarının tarixi, iddialarının heç bir tarixi sübuta söykənmədiyi, erməni diaspor və lobbisinin Türkiyə və Türk Dünyası əleyhinə apardığı məqsədyönlü iftira, böhtan siyasəti barədə geniş məlumatlar verdikdən sonra Avropa Parlamentinin qondarma erməni soyqırımını tanıyan qərarını qınayıb və təşkilat bununla yalan və ədalətsizliyə dəstək verib deyib. O, bəzi Avropa ölkələrinin də bununla bağlı aldığı qərarları kəskin tənqid edərək bəzi ölkələr və qurumların bu məsələdən öz maraqları üçün istifadə etdiyini bildirib. Xocalı Soyqırımından geniş danışan millət vəkili Almaniya dövlətini və xalqını  bu insanlıq əleyhinə cinayəti törədənlərin ədalət qarşısında cavab verməsi üçün səyləri artırmağa və qondarma erməni soyqırımı yalanlarına dəstək verməməyə  çağırıb. Tədbirin sonunda millət vəkili tədbir iştirakçılarına  Qarabağ, Xocalı Soyqırımı həqiqətləri ilə bağlı kitablar, materiallar hədiyyə edib. Eyni zamanda özünün həmmüəllifi olduğu “Xocalı Soyqırımı tanıkların dilindən” kitabını da imzalayaraq tədbir iştirakçılarına verib.