Millət vəkilindən bank işçilərinə dəstək

millet-vekilinden-bank-iscilerine-destek-
Oxunma sayı: 2470

Millət vəkili Elmira Axundova parlamentin bugünkü iclasında yeni seçilən gənc deputatları fəal olmağa çağırıb.

“Qafqazinfo” xəbər verir ki, E. Axundova qeyd edib ki, gənc deputatlar fəal olmalıdır:

“Onlar parlamentin iclaslarında, qanunların qəbulu ilə bağlı müzakirələrdə, qanun yaradıcılığı prosesində fəallıq göstərməlidirlər”.

Millət vəkili həmçinin son günlər ölkədə bağlanmış özəl banklarla bağlı da çıxış edib. O qeyd edib ki, banklar bağlananda bank işçiləri işsiz qalırlar:

“Həmin insanlar bir neçə testlərdən keçərək işə qəbul olunublar. Onlar savadlı kadrlardır. “Dövlət qulluğu haqqında” qanuna dəyişiklik edilməlidir. Bu cür kadrlara dövlət sahib çıxmalıdır, kənara atmamalıdır”.