Azərbaycanda kazinoların yaradılmasə təklif edilir. “Qafqazinfo” xəbər verir ki, bu təkliflə millət vəkili Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən plenar iclasında qeyd edib.
O bildirib ki, bir çox ölkələr kazinolar vasitəsilə xarici turustləri cəlb edir. Onun sözlərinə görə, Azərbaycan da bu təcrübədən yararlanaraq turizm regionlarında kazinolar yaratmaqla ölkəyə xarici turistlər cəlb edə bilər: “ Bir çox insanlar öz ölkələrində deyil, başqa ölkələrdə kazino oynamağa üstnülük verirlər. Bu baxımdan da Azərbaycanda kazinolar açmaqla əlavə gəlir əldə etmək olar”.
Son xəbərlər
Son Xəbərlər