Yeni Azərbaycan Partiyasından millət vəkili Aydın Mirzəzadə Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin Sankt-Peterburqda keçirilən görüşünü şərh edib.
“Qafqazinfo” xəbər verir ki, o, sosial şəbəkədə yazıb ki, bu görüşün nəticəsi olaraq üç məqam diqqəti cəlb edir:
1. Azərbaycan Prezidenti cənab İlham Əlliyev görüşdən əvvəl problemin həllində əsas məsələnin Ermənistanın Azərbaycan torpaqlarının işağlına son qoyulması olduğunu bildirdi.
2. Görüşün nəticəsi olaraq bir sıra məsələlərdə anlaşma əldə olunduğunu bəyan etdilər və növbəti görüşlərin də bu formatda ( üç ölkə prezidentinin iştirakı ilə) keçirilməsi barədə razılığa gəldilər.
3. Hər üç ölkənin xarici işlər nazirləri görüşdən razı qaldıqlarını bilidirdilər.
Qeyd edək ki, ötən gün Sankt-Peterburqda Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin üçtərəfli görüşü keçirilib. Görüşdə prezidentlər Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müntəzəm olaraq üçtərəfli görüşləri davam etdirmək barədə razılığa gəliblər
Son xəbərlər
Son Xəbərlər