Millət vəkilinə Giresunun fəxri vətəndaşlığı verildi

millet-vekiline-giresunun-fexri-vetendasligi-verildi
Oxunma sayı: 1013


"Qafqazinfo" xəbər verir ki, qərar Məclisin bütünü üzvlərinin səs birliyi ilə qəbul olunub. Giresun bələdiyyə başqanı Kerim Aksu məclisin ilk iclasında bələdiyyə məclisinin üzvü Ömer Cinel tərəfindən bununla bağlı irəli sürülən təşəbbüsünü qəbul edərək məclisin gündəliyinə salıb. Bələdiyyə məclisinin üzvü Ömer Cinel millət vəkili,Azərbaycan-Türkiyə Dostluqb Qrupunun üzvü Qənirə Paşayevanın Türkiyəni, xüsusilə Giresunu fəxri elçisi olaraq hər zaman tanıtdığını və təbliğ etdiyini vurğulayaraq millət vəkili Qənirə Paşayevanın Giresunun fəxri vətəndaşı adı ilə təltif edilməsini təklif edib. O, Giresun Universitetinin rektoru prof.Dr.Aygün Attarın dəvəti ilə tez-tez Giresuna gələn millət vəkili Qənirə Paşayevanın Aygün Attara ithafən yazdığı və Giresunu anlatdığı "Bir dost ilə sevdim səni ...Giresun" başlıqlı yazısı ilə, Giresunda tez-tez verdiyi konfranslar və iştirak etdiyi tədbirlərdə çıxışları ilə və hər yerdə Giresunu sevgi ilə anlatması, tanıtması və təbliğ etməsi ilə hər kəs kimi Giresun bələdiyyəsi üzvlərinin və Girəsunluların rəğbətini qazandığını deyib. Giresun bələdiyyə başqanı Aksu Qənirə Paşayevanın "Bir dost ilə sevdim səni Giresun" başlıqlı yazısından təsirləndiyini deyərək, "bölgəmizi hər fürsətdə tanıdır. Qənirə Paşayeva giresunlu qədər giresunludur və onu fərxi vətəndaş elan edərək bölgəmizin tanıdılması istiqamətində fəaliyyətini təqdir edirik" deyib. Məclis üzvlərinin cümə günü keçirilən və bələdiyyə başkanı Kerim Aksunun rəhbərliyi ilə keçirilən toplantıda bələdiyyə məclis üzvü Ömer Cinel tərəfindən verilən təklif səsverməyə qoyulub və məclisin AK parti və CHP-dən olan bütün üzvlərinin dəstəyi və səs birliyi ilə qəbul olunub. Səsverməsi nəticəsində millət vəkili Qənirə Paşayeva Giresunun fəxri vətəndaşı seçilib və Giresun Bələdiyyə Məclisi millət vəkili Qənirə Paşayevanı Giresunun fəxri vətəndaşı elan edib. Giresun bələdiyyə başqanı Kerim Aksu “Dost və qardaş ölkə Azərbaycanın millət vəkili olan Qənirə Paşayevanın bölgəmizə olan və hər fürsətdə dilə gətirdiyi sevgisini təqdir edirik. O, zatən bir giresunlu idi, bu sənədlə birlikdə qardaşlığımı daha da gücləndirdik" dedi.

Bildirilib ki, Fəxri Vətəndaşlıqla bağlı rəsmi sənəd yaxın günlərdə millət vəkili, Azərbaycan-Türkiyə Dostluq Qrupunun üzvü Qənirə Paşayevaya Giresunda bələdiyyədə rəsmi tədbirlə təqdim ediləcək.