“Qafqazinfo”nun məlumatına görə, hesabata əsasən deputat 2011-2015-ci illərin “Azərbaycan Respublikasının dövlət büdcəsi haqqında”, “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi haqqında”, “Sahibkarlıq fəaliyyəti haqqında”, “Qiymətləndirmə fəaliyyəti haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “Patent haqqında” və digər qanunların qəbulunda nəzərə alınan təkliflər verib.
A.Vəliyev ATƏT-in Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü kimi Avropanın müxtəlif ölkələrində keçirilən qış və yaz sessiyalarının, o cümlədən cari ilin iyul ayında Finlandiyanın paytaxtı Helsinki şəhərində təşkil olunan ATIƏT-in 40 illik yubileyi münasibətilə təşkil olunan 24-cü illik sessiyasının iştirakçısı olub və müzakirə olunan məsələlərə dair prinsipial mövqeyimi nümayış etdirib.
Ağalar Vəliyevin deputat olduğu beş il ərzində Sahil, Qobustan, Ələt, Müşfiqabad, Qızıldaş, Səngəçal, Ümid və Çeyildağ qəsəbələrinin müxtəlif küçələrinə ümumilikdə 61 000 kv.metr sahəyə yeni asfalt örtüyü döşənib. Sakinlərin elektrik enerjisi ilə təçhizatının normallaşdırılması üçün Ələt qəsəbəsində 2 ədəd 400 kva-lıq, Qızıldaş qəsəbəsində 2 ədəd 630 kva-lıq, Səngəçal qəsəbəsində 1 ədəd 400 kva-lıq və 1 ədəd 600 kva-lıq müasir elektrik transformatoru quraşdırılıb.
Qaradağ rayonunun qəsəbələrinin ayrı-ayrı ünvanlarında su və kanalizasiya xətlərinin əsaslı təmirinə zəruri köməklik göstərilib, Ələt qəsəbəsində 2200 p/metr uzunluğunda, Qobustan qəsəbəsində 1100 p/metr uzunluğunda müxtəlif ölçülü yeni su boruları çəkilib.
2011-2014-cü tədris illəri ərzində A.Vəliyev tərəfindən Qaradağ rayonunun 8 qəsəbəsinin 19 ümumtəhsil məktəbinin I-XI siniflərinin 794 əlaçı şagirdinə fərqlənmə təqaüdü verilib, sentyabr ayında yeni tədris ilinin başlanması ərəfəsində daha 205 nəfər şagirdə əlaçılıq təqaüdü veriləcək ki, bununla da 5 il ərzində təqaüd alanların sayı 999 nəfərə çatacaq. Eyni zamanda millət vəkilinin təşəbbüsü ilə Qaradağ rayonunun 11 qəsəbəsindən 600-dən yuxarı balla ali məktəblərə daxil olmuş 61 tələbəyə pul mükafatları təqdim edilib, 3 aztəminatlı tələbənin təhsil haqqı ödənilib, bir sıra təhsil müəssisələrinə noutbuklar və kompüter dəstləri hədiyyə olunub.
Son xəbərlər
Son Xəbərlər