“Qafqazinfo”nun məlumatına görə, Qənirə Paşayeva Tovuzun və ölkəmizin ən böyük kəndlərindən biri olan Dönük Qırıqlıda sakinlərlə görüşüb, onlarınn Ramazan bayramını təbrik edib, qayğı və problemlərini dinləyib. Bir sıra imkansız ailələri və xəstələri ziyarət edib və onların qarşıdan gələn Ramazan bayramını təbrik edən millət vəkili Qənirə Paşayeva sakinlərlə görüş zamanı vətəndaşları tək-tək dinləyərək, onları narahat edən problemlərlə də bağlı qeydlər apararaq, həll edilməsi istiqamətində köməklik göstərilməsinə çalışacağını bildirib.
Millət vəkili görüş zamanı ona müraciət edən xəstələrin yüksək səviyyəli müalicə almaları və əməliyyat olunmaları üçün Səhiyyə Nazirliyi ilə əlaqə saxlayaraq Bakıda və ya Rayon Mərkəzi Xəstəxanasında yerləşdirilməsini təşkil edib.
Son xəbərlər
Son Xəbərlər