Millət vəkilləri ön cəbhədə - - Foto

millet-vekilleri-on-cebhede-
Oxunma sayı: 841


“Qafqazinfo” xəbər verir ki, bunu ön cəbhədə bölgəsində əsgər, gizir və zabitlərin qarşısında çıxış edən Milli Məclisin deputatı Fuad Muradov bildirib. Deputat ölkəmizdə ordu quruculuğu sahəsində görülən işlərdən danışıb, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Azərbaycan Ordusuna göstərdiyi diqqət və qayğıdan söz açıb: “Ön səngərdə gördüklərim, hərbi qulluqçuların sosial-məişət şəraiti, ərzaq təminatı, hər şeydən öncə isə onların döyüş hazırlığı və vətənpərvərlik ruhu məni bir daha əmin etdi ki,  Azərbaycan Ordusu çox güclüdür. Biz istənilən an torpaqlrımızı işğaldan azad etmək gücündəyik.”

Milli Məclisin digər deputatı Rövşən Rzayev bildirib ki, Silahlı Qüvvələrimizin potensialının artırılmasının əsasında dövlətimizin və onun rəhbərliyinin göstərdiyi diqqət və qayğı dayanır: “Hərbi büdcəmiz ildən-ilə artır, hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində müvafiq tədbirlər görülür”. Hərbçilər qarşısında çıxış edən R.Rzayev Azərbaycan əsgəri ilə fəxr etdiyini xüsusi vurğulayıb.

Millət vəkilləri ön xətdə xidmət edən əsgər və zabitlərin yataq, yemək, döyüş şəraitləri, ordunun texnika və avadanlıqları ilə tanış olub, işğal altında olan ərazilərimizi müşahidə ediblər. Qonaqlara ön xətdəki mövcud vəziyyət, əsgərlərin xidməti döyüş şəraiti barədə məlumat verilib.

Qeyd edək ki, bir qrup jurnalist və millət vəkillərindən ibarət nümayəndə heyəti Göygöl və Tovuz rayonlarındakı təmas xəttində xidmət aparan əsgərlərlə görüşüblər.

“Qafqazinfo”