“Qafqazinfo” xəbər verir ki, millət vəkili sosial şəbəkədə yazıb ki, Mingəçevirdə zəlzələ olub, hətta bəzi binaların otaqlarında çat əmələ gəlib: “Şəhər icra hakimiyyətinə, tanışlara zəng etdim. Hələ ki, dağıntılar və ağır fəsadlar barədə xəbər yoxdur.
Həmin vaxtı Bakıda olduğum otaqda lüstürün zəif tərpənişini mən də hiss etdim”.
***
Şəkidən seçilmiş millət vəkili Əli Məsimli Qafqazinfo”ya açıqlamasında bildirib ki, zəlzələdən sonra rayonla əlaqə saxlayıb: “Seysmoloji xidmətdən mənə dedilər ki, Şəkidə 4,5, 5 bal gücündə zəlzələ hiss olunub. Baş vermiş zəlzələyə görə, binalarda çatlar əmələ gələ bilər. Amma kütləvi dağıntı və tələfat yoxdur”.
Günel Türksoy
Son xəbərlər
Son Xəbərlər