Millət vəkillərini tənqid edənlərə cavab verdi

millet-vekillerini-tenqid-edenlere-cavab-verdi
Oxunma sayı: 1942

Milli  Məclisin deputatı Fazil Mustafa parlamentin bu gün keçirilən iclasında 2016- cı ildə Azərbaycanla İran arasında bağlanmış sazişə görə millət vəkillərini tənqid edənlərə cavab verib.

“Qafqazinfo” xəbər verir ki, deputat bildirib ki, bizim hökumət təmsilçiləri bu məsələylə bağlı lazımi səviyyədə aydınlıq gətirmirlər: “Belə situasiya yaranır ki, millət vəkilləri Azərbaycanın milli maraqlarını düşünməyiblər. Mən bu sazişlə yenidən tanış oldum. Azərbaycan İranla bu sazişi  bağlamaqda əsas hədəfi  ərazi bütövlüyü bərpa olunana qədər İran tərəfi məsuliyyəti öz üzərinə götürür. Su ehtiyaclarının üçüncü ölkəyə verilməsi qadağana edilir. Yalnız öz ölkəsi üçün istifadə edə bilər. 

Bütün hallarda Azərbaycan ərazi bütövlüyü əsas tutulur. Bu saziş hər hansı bir şəkildə Azərbaycanın maraqlarına zidd deyil. Sadəcə bu problem odur ki, İran özbaşına yol çəkir. Bunu da edərkən beynəlxalq hüququn normalarını pozur. Şeyxin Trampa məktubunu oxudum. 

Hesab edirəm ki, ora siyasi baxımdan bir şeyi də əlavə edilməli idi. İran bu təcrid vəziyyətində erməni terrorçularına daha da dəstək verir”.

 Günel Türksoy